DRIZORO S.A.U. 1977-ci ildə qurulmuş bir İspan şirkəti olub tikinti üçün kimyəvi məhsullar istehsalçısıdır. Şirkət hidro-izolyasiya həlləri, betonun, döşəmələrin təmiri və dekorativ bərpa üçün nəzərdə tutulmuş xüsusi kimyəvi məmulatların və sistemlərin istehsalında dünya lideridir. Şirkətin baş qərargahı, istehsalat fabriki və geniş spektrda tədqiqata malik labaratoriyaları Madriddə yerləşir. Keyfiyyətə nəzarət və ətraf mühitin mühafizəsinə güclü sadiqlik şirkətə inteqrasiya olunmuş keyfiyyət və ətraf mühitin mühafizəsi sisteminin yaradılmasına səbəb olmuşdur. Nəzarət sistemi. ISO 9001:2015 və ISO 14001:2015 standartına əsaslanır. Dünya səviyyəsində geniş təcrübəsi sayəsində çoxsaylı beynəlxalq bazarlarda həyata keçirilən müxtəlif hidro-izolyasiya işlər, məsələn, su çənləri, kanalizasiya təmizləyici qurğular, kanallar, bəndlər, borular, kollektorlar və s., DRIZORO məhsullarını intensiv tədqiqat və inkişafını həyata keçirmək qabiliyyətinə malik olmuşdur. Bu da məhsulların müxtəlif iş şəraitinə, su növlərinə və ətraf mühit şəraitinə məruz qalan strukturların su izolyasiyası, təmiri və qorunması üçün uyğun olmasını təsdiqləmişdir.
Isveçrənin premium fasad örtükləri istehsalçısı olan SWISSPEARL şirkəti yeganə istehsalçııdr ki, onun fiber sement lövhələri iri ölçülərdə istehsal edilir, istehsal ənənələrinə və tam düzgün reseptlərə dayanır. SWISSPEARL fiber sement lövhələrinin üstünlükləri ilk növbədə İsveçrə keyfiyyətidir . Hər bir istehsal olunmuş məmulat dəqiq yoxlanılır və hər bir sifariş ayrı bir yanaşmadır. Şirkətin bir neçə Laboratoriyası vardır ki, orada istehsal olmuş məmulatların keyfiyyəti, bərkliyi, vurulmuş rəngin günəş şüalarına dayanıqlığı və başqa müxtəlif standartlara uyğunluq yoxlamaları keçirilir. SWISSPEARL fiber sement lövhələri böyük ölçüdə olur və bir dəfəyə rənglənir.Plitə formatı 2500×1220 mm və 3070×1250 mm. Qalınlığı isə 8 və 12 mm olaraq istehsal edilir və müxtəlif rəng çalarları, səth dekoru növləri olan kolleksiyalar ilə təklif olunur. Fiber sement lövhələrimiz yanğına dəvamlıdır. Belə ki, bu şərt çox vacib amildir. Çünki İsveçrədə fasadların hamısı yanğına dayanılqlı materialar ilə üzlənir. Məhsulumuzun tərkibi sement, su, sellüloza və lif olduğundan ekoloji materiallar sirasındadır.
TKK şirkəti 1947-ci ildən fəaliyyətdədir və mərkəz ofisi Sloveniyada yerləşir. Beton əlavələri , dezinfeksiyaedici maddələrin, yapışdırıcıların, poliuretan köpüklərin və ara doldurucularının aparıcı istehsalçısıdır. Şirkətin əsas məqsadlərindən biri insanlar və ətraf mühit üçün təhlükəsiz olan yüksək keyfiyyətli məhsulların istehsalı və satışıdır. TKK- nın məhsulları Sloveniya və Cənub-Şərqi Avropa bazarlarında öz keyfiyyətini sübut edərək lider şirkətlərdən birinə çevrilmişdir. Tekaflex selikon yapışdırıcısı multifunksionallığına görə ən çox istifadə olunan məhsullardan biridir. Metal, ağac, keramika, şüşə və sair materialları yapışdırmaq və hermetika üçün yararlıdır. Temperatur tikiş profillərinin quraşdırılmasında istifadə olunur.
ZMK Ryabina metal konstruksiyalar və monolit konstruksiyalar üçün nəzərdə tutulmuş qəlib sistemləri istehsal edir. Zavod tikinti sahəsində müasir tələblərə cavab verən məhsullar tədarük edir və onlara rəqabət qabiliyyətli qiymətlər təqdim edir. Məhsulların istehsal olunduğu qurğular aparıcı yerli və xarici brendlərin avadanlıqlarından ibarətdir. İstehsal prosesi ciddi şəkildə standartlara uyğun edilir. İstehsal olunan formalar beynəlxalq keyfiyyət tələblərinə cavab verir.
Airtècnics 1986-cı ildə yaradılıb və 1993-cü ildən bəri bir çox ölkədə zavodları vardır. Airtècnics hava pərdələrinin, kondisioner qurğularının, ventilyasiya kanallarının, havalandırma filtrlərinin, havalandırma ventilyatorlarının dizaynı və istehsalında çoxillik təcrübəyə malikdir. Mərkəzi fabrik Barselonanın Castellar del Vallès şəhərində yerləşir. 2019-cu ildən Airtècnics mövcud və gələcək qlobal ekoloji sağlamlıq ehtiyaclarına cavab verən texnoloji patentlərə əsaslanan havanı dezinfeksiyaedici avadanlıqlar təqdim edir. Bakı şəhəri və bölgələrimizdə hiper marketlər, ticarət mərkəzləri, iş mərkəzləri, hotellər və sair mühüm layihələrdə Artecnics məhsulları istifadə olunmuşdur.
Mokk- Vent şirkəti Sloveniyada yerləşən havaladırma ventelyatorları, yanğın – tüstü damperləri və havaladırma filter sustemləri, havalandırma diffuzorları, hava paylayıcıları, döşəmə içi konvektorlar və sair istehsal edən şirkətdir. Almaniya və Avropanın bir çox bazarlarında məhsullarını və layihə həllərini təqdim etməkdədir.
Bloch Design eksklyuziv premium kaminlər istehsal edən şirkətdir. Şirkət özündə eksklyuziv və innovativ kamin konstruksiyaları istehsal edən bir brendi əks etdirir . Bütün kaminlər əl işi olaraq istehsal edilir və müştərilərə göndərilməkdən öncə dəqiqliklə yoxlanılır. Kaminlər müştəri arzularına uyğun olaraq nəin ki, odun və qaz ilə hətta bioetanol və elektriklə dəçalışır və bununla belə bütün standart və qaydalara uyğunlaşdırılır . Kaminləri hər ölçüdə, keyfiyyəyli materiallardan həmçinin metal, qranit, ağac, dəri, xrustal və sair ilə dekor edərək istehsal etmək mümkündür. Bundan əlavə dekor olaraq qiymətli daşlar da istifadə edilir.
1962-ci ildə yarandığı gündən Jaga innovasiya və yaradıcılığa diqqət yetirən, isitmə sistemləri və radiatorlar istehsalçısıdır. Jaga Radiatorları yüngül çəkiyə malikdir. Şirkət istilik, soyutma və ventilyasiya üçün HVAC sistemlərinin əsasını təşkil edən yüngül, sürətli və yüksək performanslı istilik qızdırıcısı istehsal edir. Climate Designer məhsulları daha az enerji sərf edir və ekoloji cəhətdən təmizdirlər. Onların çəkisi və ölçüləri digər ona ekvivalent istilik və ya döşəmə istilik sistemlərindən daha kiçik olduğundan, onların istehsalı üçün xammala ehtiyac da azdır. Bu da məhsullarda rəqabətcil qiymətləri formalaşdırı.
Extraform d.o.o. Sloveniyada yerləşir və ağac emalı sənayesində Avropanın ən böyük şirkətlərindən biridir. Şirkət müxtəlif növ qəlib taxtaları istehsal edir və Avropa bazarında lideridir.
Escimo şirkəti İngiltərədə yerləşir, premium dizayner istilik radiatorları və dəsmal quruducuları istehsal edir. Şirkətin yüksək zövqlü diyanerlər və peşəkar mühəndislərinin iş birliyi nəticəsində ərsəyə gələn məhsullar həqiqətən zövq oxşayır və quraşdırıldığı məkanlara ayrı bir estetik gözəllik verir.
3D Krestiki 2013-cü ildən bəri Rusiya və MDB-də ən böyük kafel – metlaq üçün şov tənzimləyiciləri, mayak nizamlayıcıları və kəsim üçün trafaret metrələri istehsalçısıdır! İstehsal etdiyi məhsullar yüksək keyfiyyətli plastikdən hazırlanır və bu da eyni məhsuldan dəfələrlə istifadə etməyə imkan yaradır və qənaət baxımdan uğurlu nəticə əldə etməyə şərait yaradır.
40 ildən artıqdır ki, Almaniyanın Triflex brendi premium hidro – izolyasiya materialların istehsalçısıdır. Bütün bu müddət ərzində şirkət müxtəlif növ maye polimer hidro – izolyasiya və yol hərəkət nişanlama materialı brendləri arasinda liderə çevrilmişdir. Şirkətin materialları dam, balkon , terras, yeraltı dayanacaqlar və xüsusi təlabatlı layihələr üçün hidro – izolyasiya həlləri təklif edir.
Rosa Gres 180 ildən çox tarixə, 70-dən çox ölkədə layihələrə və 100-dən çox peşəkardan ibarət komandaya malik ailə biznesidir. Onun innovative məmulatları bu gün çimərlik hovuzları və professional mətbəxlər üçün döşəmə örtükləri materiallarının dizaynı və istehsalında aparıcı şirkətə çevirmişdir. Rosa Gres yüksək əlavə dəyərə malik funksional həllər yaratmaq üçün müntəzəm olaraq memarlar və peşəkarlarla əməkdaşlıq edir. Onun tədqiqat və təkmilləşdirmə işləri fəaliyyəti boyunca mükəmmələşmişdir.
BEHNCKE GmbH 1946-cı ildə qurulduğu gündən bəri yeni innovasiyaların ardıcıl olaraq irəliləməsi üçün daimi hərəkətverici qüvvə olmuşdur və Almaniyanın öndə gedən üzgüçülük hovuzları üçün filterasiya sistemləri və təmizləmə qurğuları istehsalçısı adını qazanmışdır. BEHNCKE- nin yaradıcısı Hans-Yurgen Behnke “Həmişə bir fikir irəlidə ol” ifadəsi BEHNCKE GmbH üçün “sadəcə” şüar deyil. Bu onilliklər ərzində Almaniyada və xaricdə uğur düsturunu nümayiş etdirən bir fikirdir.
Grünbeck Almaniyanın üzgüçülük hovuzları və içməli su üçün su təmizləyici filterlər və su yumşaldıcı sistemləri istehsalçısıdır. Şirkət 30 ildən çoxdur ki, Avropa bazarında bu sahədə liderlik edir. Grünbeck filter sistemləri və su yumşaldıcı avadanlıqları sənaye sahələri, evlər və ictimai iaşə obyektlərində istifadəsi üçün nəzərdə tutulub.
LITOKOL 1968-ci ildə İtaliyada (Rubiera) əsası qoyulmuş, məhsulları dünyanın 100-dən çox ölkəsində satılan italyan şirkətidir. Şirkət keramika yapışdırıcıları, ara doldurucuları və hovuz izolyasiya materialları istehsal edir. LITOKOL tikinti və təmir problemlərinin kompleks həlli, yüksək keyfiyyətli materiallar və müasir texnologiyaların birləşməsidir. Şirkətin məhsul çeşidinə yapışdırıcılar, məhlullar, hovuz üçün hidro – izolyasiya materialları, təmizləyici və səth mühafizə vasitələri və digər məhsullar daxildir.
Antolini Luigi & C. 60 ildən çox yaşı olan italyan şirkətidir. Şirkət bütün fəaliyyəti boyu təbii daş emalı və yeni texnologiyalar sahəsində inkişaf edir. Daş və ya mərmər səthinin xüsusi innovative emal növünü tədbiq edən Antolini məhsullarının Matt, Lether, Revolution və Azerocare növləri dünyaca çox məhşurdur. Bu kolleksiyaların istehsalı zamanı səth emalında sitifadə olunan xüsusi texnologiyalar sayəsində mərmərə müxtəlif qida məhsulları qalıqları, turşular və cızıqlar ziyan vermir.
Asteknik Türkiyənin ən öndə gedən temperature tikiş profilləri, dekorativ keçid profilləri, divar – künc qoruyucuları, rənglənə bilən divar üzlüyü və pas-pas istehsal edən şirkətidir. Şirkət məhsullarını alman texnologiyası ilə istehsal edir.
CRAFT müasir baca sistemləri və sobalar istehsal edən şirkətdir. Şirkət baca sistemlərində öndə gedən innovative texnologiyaları və keyfiyyəti özündə birləşdirir. CRAFT fabrikası Almaniya və İtaliyada istehsal olunmuş, xüsusi tələblərə uyğun dizayn edilmiş avadanlıqlarla təchiz edilmişdir və ətraf mühitin qayğısına qalaraq istismar zamanı maksimum dayanıqlığa zəmanət verən və dünyanın ən yaxşı xammallarından istifadə edərək yüksək keyfiyyətli məhsullar istehsal edir. Şirkətin təcrübəsi ən iddialı və mürəkkəb layihələri həyata keçirməyə imkan verir.
Casalgrande Padana İtaliyanın keramika sənayesinin mərkəzində yerləşir və 6 fabrikası ilə keramoqranit istehsal edən şirkətdir. Şirkət ildə 24 milyon kvadratmetr məhsul istehsal etməyə malikdir. Brendin məhsullarının əsasını (80%) keramogranit piltələr təşkil edir və diler şəbəkəsi vasitəsilə beş qitənin 70 ölkəsinə eksport edilir. Casalgrande Padana öz xüsusi zövqlü dizaynı ilə keramoqranit istehlakçılarının zövqünü oxşayır, interyer və eksteryer dizayn tərtibatına xüsusi gözəllik verir. Plitə qalınlığı 0.8mm – 20mm arası olan Casalgrande Padana dünya dizayner və memarlarının ən çox müraciət etdiyi keramoqranit brendidir.
Rollo Solar şirkəti alman şirkətidir və üzgüçülük hovuzları üçün premium örtük sistemləri istehsal edir. Şirkətin peşəkar əməkdaşları və mühəndisləri hovuz örtük sistemlərini gözəl dizayn ilə texniki tədbiqin vəhdətini özündə cəmləşdirən yüksək keyfiyyətli məhsullar istehsalına imza atırlar. Geniş beynəlxalq fəaliyyəti olan Rollo Solar modern strukturlaşdırılmış bir təşkilatdır. Yeni tələblərə tez cavab vermək üçün kifayət qədər çevikdir.
GRANDO 1924-cü ildə Almaniyada təsis edilmişdir və üzgüçülük hovuzları üçün örtük sistemləri istehsal edir. Şirkət 1963-cü ildə ilk tam avtomatik hovuz örtüyünü hazırlamışdı. Bu yenilik genişlənən şirkətin əsasını qoydu. O vaxtdan bəri, GRANDO dünyanın aparıcı hovuz örtükləri istehsalçılarından birinə çevrildi. Bu gün GRANDO dünyanın 54-dən çox ölkəsində hovuz sahiblərinə “Made in Germany” brendi altında qeyri-məhdud texniki imkanlara sahib olan məhsullar verir.
www.schwimmbadabdeckungen.grando.de
Rosenberg Group 1981- ci ildə Almaniyada təsis edilmişdir, mülki və sənaye obyektləri üçün çox funksionallı havalandırma sistemləri istehsal edir və layihə həlləri verir. Şirkətin alman mühəndisliyi kökləri, dinamik və innovativ inkişafın əsasını qoyan və arxasında duran hərəkətverici qüvvədir. Bütün avadanlıqlar: mühərriklər, ventilyatorlar, istilik dəyişdiriciləri, ventilyasiya sistemləri, hava qızdırıcı qurğular və hava pərdələri Rosenberg Group-un öz istehsalat müəssisələrində istehsal olunur.
SYSTEA Almaniyanın havalandırılan fasad systemləri istehsal edən şirkətidir və sizə qeyri-adi fasadların yaradılması üçün lazım olan həlləri təklif edir. Müasir bina layihələrinin yüksək tələblərini qarşılayan havalandırılan fasadlar dizayn dəyişkənliyi, yüksək funksionallıq və təhlükəsizliyə görə optimal həlldir. Mürəkkəb layihələr həyata keçirilərkən havalandırılan fasadların alt kostruksiyası sözün əsl mənasında əsas rol oynayır.
TMD İspaniyanın yüksək keyfiyyətli premium mebel və qapı istehsalçısıdır. Ən son nəsil istehsal avadanlıqları (CNC, laklama, rəngləmə və s.), istehsal gücü çevikliyi, istehsal prosesinə yüksək nəzarət, istehsalda ən keyfiyyətli materiallar istifadəsi və çox zövglü tərtibatlarıyla dizayner və memarların sevimlisinə çevrilmiş, və dünyanın ən prestijli layihələrinə imza atmışdır.
Lip Bled şirkəti 1948 – ci ildə Sloveniyada təsis edilmişdir. Şirkət interyer və eksteryer qapılar istehsal edir. Lip Bled brendinin istehsal prosesləri ən son texnoloji standartlara cavab verir və 50 ildən artıqdır ki, Almaniya bazarında uğurla fəaliyyət göstərir. Bu, müştərilərə və ətraf mühitin ehtiyaclarına tam əhəmiyyət verən məhsullar hazırlamağa kömək edir. İstehsalda istifadə olunan materiallar müntəzəm olaraq tanınmış Sloveniya və beynəlxalq institutlar tərəfindən sınaqdan keçirilir.
Isoterm 1990-cı ildən isitmə sistemləri bazarında uğurla fəaliyyət göstərir və hazırda divar və döşəmə üçün misalüminium konvektorların aparıcı Rusiya istehsalçısıdır. Etibarlı reputasiya və məhsulların yüksək keyfiyyəti müxtəlif obyektlər üçün avtonom və mərkəzi su isitmə sistemlərində İsoterm avadanlıqlarının istifadə etmək imkanlarına əmin olmağa imkan verir. Ən mürəkkəb layihələr üçün məhsulların təchiz edilməsində böyük təcrübəsi var. Şirkət ISO 9001 beynəlxalq standartına uyğun olaraq sertifikatlaşdırılıb. Şirkət: döşəmə üstü, döşəmə içi, pəncərə altı və fasad üçün konvektorla, müxtəlif dizaynlı isitmə radiatorları, alüminium panel radiatorları, plintus konvektorları, elektrik kaminləri və tavan tipli qızdırıcılar istehsal edir.
KESSEL 1963-cü ildə Bernard Kessel tərəfindən təsis edilmişdir. Şirkət dünya bazarında kanalizasiya sistemi avadanlıqlarının, kanalizasiya nasos stansiyaları və professional mətbəx üçün yağ ayrıcı seperatorların kompleks istehsalı ilə məşğul olur. KESSEL-in təklif etdiyi avadanlıq yüksək keyfiyyətə malikdir və təhlükəsizliyi, rahatlığı, uzun xidmət müddəti, minimum istismar xərcləri və çətin şəraitdə mürəkkəb mühəndisi məsələlərinin həlli ilə fərqlənir. Məhsul qruplarının daim artan çeşidi və anbarlarda materialların mövcudluğu demək olar ki, istənilən sifarişi vaxtında yerinə yetirməyə təmin edir ki, bu da satışın coğrafiyasını genişləndirir və maksimum endirimlərə zəmanət verir. Bütün bunlar onu izah edir ki, KESSEL-in müştəriləri iri tikinti korporasiyaları, tikinti-quraşdırma və ticarət təşkilatları və fiziki şəxslərdir və bu tərəfdaşların sayı ildən ilə artır.
www.schwimmbadabdeckungen.grando.de
Lunnaya Dorojka şirkəti rusiyanın səki üçün işıqlar istehsal edir. Məhsullar şirkətin patenti olaraq müxtəlif rənglərdə istehsal olunur və səkilərə xüsusi gözəllik verir və RGB proqram ilə idarə oluna bilir. İşıqlar 100×100×50(+/-5) mm, 100×200×50(+/-5) mm, 120×120×50(+/-5) mm, 120×180×50(+/-5) mm ölçüdə istehsal olunur.
İnteryerləri kifayət qədər gün işığı ilə təmin etmək Heliobus AG-nin yarandığı gündən missiyası olmuşdur. 20 ildir ki, gün işığını insanların yaşadığı və işlədiyi yerə gətirib. Bizim innovativ həllərimiz qaranlıq qapalı məkanlara, zirzəmilərə və ya yeraltı infrastruktura ağıllı şəkildə canlılıq və işıqlanma gətirir. Daxili məkanlarda təbii gün işığından innovativ istifadə rifah gətirir, məkandan tam istifadə etməyə imkan verir.
Wangen Pumpen şirkətin baş ofisi və əsas istehsal sahəsi Almaniyanın Allgäu bölgəsindəki Wangen şəhərində yerləşir. 1969-cu ildən müxtəlif sahələrə aid olan nasoslar istehsal edir. WANGEN nasosları öz keyfiyyəti ilə bütün dünyaya geniş yayılmışdır və mühüm layihələrdə istifadə edilmişdir. İstehsal prosedurları daim monaitorinq edilir və optimallaşdırılır. Bunlara ən müasir istehsal müəssisələri, sənədləşdirilmiş istehsal prosesləri və daim tədbiq olunan keyfiyyətə nəzarət daxildir. Şirkət DIN EN ISO 3834-2 və ISO/IEC 80079-34 standartlarına uyğun olaraq xüsusi “qaynaq” prosesi ilə məhsulları istehsal edir. Wangen Pumpen nasosları əczaçılıq, qida, gəmiqayırma, bioqaz, kənd təsərrüfatı, kimya, sellüloz-kağız, kosmetika və sair sənaye sahələrində istifadə olunur.